Главная > medeniyyet > Röyanın qovulmasına köməkçisindən reaksiya
Röyanın qovulmasına köməkçisindən reaksiya27-01-2023, 09:59. Разместил: vasif |
|
Bir neçə gündür sosial şəbəkələrdə tanınmış mügənni Röya Ayxanın BDU-da qeyri-qanuni təhsil alması və hətta onun universitetdən qovulması ilə bağlı xəbərlər gündəmi zəbt edib. Müğənninin mətbuat katibi Elvin Elxan Kult.az-a açıqlamasında sözügedən məsələ ilə bağlı açıqlama vermək istəmədiklərini bildirib. “Hazırda konsert işləri ilə məşğuluq. Bu mövzuda açıqlama olmayacaq. Anlayışla qarşılayacağınıza əminəm. Təşəkkürlər”, - deyə o əlavə edib. Xatırladaq ki, ötən gün Bakı Dövlət Universiteti öz məzunları arasında Röyalə Nəcəfova (Röya Ayxan) adlı şəxsin olmadığını bildirib. Qeyd edilib ki, R.Nəcəfova BDU-ya əlavə təhsil üzrə qəbul olunub, lakin sonradan təhsil müəssisəsindən xaric edilib. Вернуться назад |