Главная > dunya > Zaxarova Qurani-Kərimin yandırılmasına münasibət bildirdi
Zaxarova Qurani-Kərimin yandırılmasına münasibət bildirdi25-01-2023, 09:00. Разместил: vasif |
![]() “Dini baxışlara hörmət seçim deyil, zərurətdir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Zaxarova verdiyi açıqlamada İsveçdə Qurani-Kərimin yandırılmasına və etirazlara reaksiya verib: “Beynəlxalq sənədlərdə ifadə azadlığı hüququna hər hansı bir din və ya dini ayin haqqında tənqidi və aşağılayıcı ifadələrin işlədilməsi, xüsusən də müsəlmanlar üçün Qurani-Kərimin yandırılması daxil deyil. Dini baxışlara hörmət bir seçim deyil, zərurətdir. Avropa hamını mövcud olmayan cinsləri tanımağa məcbur edirsə, gərək milyonlarla insanın müqəddəs saydığı şeylərə də hörmətlə yanaşsın”. Вернуться назад |