Главная > dunya > Ərdoğan Rusiyada ilin siyasətçisi seçildi
Ərdoğan Rusiyada ilin siyasətçisi seçildi6-01-2023, 09:30. Разместил: vasif |
![]() Rusiya mətbuatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2022-ci ilin ən uğurlu siyasətçisi seçib. Onun seçilməsinə səbəb Rusiya-Ukrayna müharibəsində vasitəçilik roludur. Rusiyanın aparıcı qəzetlərindən biri olan “Kommersant” Türkiyə Prezidentini əvəzolunmaz adlandırıb: “Ərdoğan 2022-ci ildə dünyanın ən uğurlu siyasətçisi adlandırıla bilər, çünki o, xüsusi hərbi əməliyyat başlayandan bəri münaqişə tərəfləri arasında demək olar ki, mübahisəsiz vasitəçi statusunu qoruyub saxlayıb”. Вернуться назад |