Главная > dunya > Dünyanın diqqəti Türkiyədə - Bu silah F-35-dən də ÜSTÜN OLACAQ
Dünyanın diqqəti Türkiyədə - Bu silah F-35-dən də ÜSTÜN OLACAQ4-01-2023, 09:59. Разместил: vasif |
![]() "Kızılelma"nın səsdən sürətli (hipersəs) variantını hazırlamağı planlaşdırırıq. Musavat.com xəbər verir ki, bu barədə "Baykar" şirkətinin rəhbəri Səlçuk Bayraktar məlumat verib. O bildirib ki, "Kızılelma" qırıcı təyyarələrə qarşı döyüşə biləcək. “Kızılelma", yoxsa F-35? Səlçuk Bayraktar qeyd edib ki, hələ ilk uçuşunu etmiş bir "Kızılelma"nı bir çox ölkədə çoxdan istifadəyə verilmiş bir təyyarə ilə müqayisə etmək çox doğru olmaya bilər, lakin "Kızılelma" tam istifadəyə hazır olduqda F-35-dən bəzi xüsusiyyətlərinə görə üstün olacaq: "Əvvəla, bu, pilotsuz, xaricdən idarə olunan təyyarədir. 5-ci nəsil təyyarələr çox inkişaf etmiş radar və sursata malikdir. "Kızılelma" isə gələcəkdə 5-ci nəsil təyyarələri geridə qoyacaq. Bundan əlavə, çox sürətlidir, hətta səsdən sürətli variant hazırlamağı da düşünürük". Şirkət rəhbəri bildirib ki, bütün bunlardan əlavə, "Kızılelma" aqressiv manevrlər edəcək. "Kızılelma"nın xüsusiyyətləri Əsas uçuş performansları 500 Nm vəzifə radiusu 35.000 fut əməliyyat hündürlüyü 5 saat havada qalmaq 6 ton maksimum uçuş çəkisi 0,6 mach müşahidə sürəti 1500 kq yükgötürmə qabiliyyəti Qabaqcıl xüsusiyyətlər Avtomatik enmə və qalxma Aşağı görünürlük Yüksək manevr qabiliyyəti Görmə Xətti Əlaqəsi Qısa uçuş-enmə zolağında olan təyyarə daşıyıcılarından qalxma və enmə qabiliyyəti AESA Radar ilə yüksək situasiya məlumatlılığı Вернуться назад |