Главная > iqtisadiyyat > Aİ ölkələri qazın maksimum qiymətilə bağlı razılığa gəliblər
Aİ ölkələri qazın maksimum qiymətilə bağlı razılığa gəliblər20-12-2022, 09:51. Разместил: vasif |
![]() Avropa İttifaqı (Aİ) ölkələri qazın qiymətinin maksimum həddi ilə bağlı razılığa gəliblər. Bu barədə bazar ertəsi Aİ Şurasının iclasdan sonra yaydığı açıqlamada deyilir. Məlumata əsasən, qəbul edilən qərar 2023-cü il fevralın 15-dən tətbiq olunacaq və 180 avro təşkil edəcək (min kubmetr üçün təxminən 1,85 min avro). "Qazın qiymətinin korreksiyası mexanizmi fevralın 15-dən iki şərtlə aktivləşdirilə bilər: qazın qiyməti üç gün ərzində 180 avro səviyyəsində qalarsa və TTF (Aİ) qiymətləri ilə mayeləşdirilmiş təbii qazın orta qiyməti arasında fərq 35 avrodan çox olarsa", - deyə açıqlamada bildirilir. Qeyd edilir ki, Aİ ilə razılaşdırılmış qazın qiymətinin maksimumu bazarda qıtlıq yaranarsa istənilən vaxt dayandırıla bilər. "Avropa Komissiyası Avropa bazarında Aİ-nin enerji təhlükəsizliyini təhdid edən qaz çatışmazlığının olduğunu hesab edərsə, mexanizm dayandırıla bilər", - deyə açıqlamada qeyd edilir.//Qaynarinfo Вернуться назад |