Главная > siyaset > Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı23-05-2022, 22:27. Разместил: aaaaa |
![]() Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Aərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası (bundan sonra – Dövlət Komissiyası) yaradılıb: Komissiyanın sədri Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini Komissiyanın üzvləri Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikası müdafiə nazirinin müavini Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Laçın Rayon İcra Hakimiyyətinin başçısı Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı. Nazirlər Kabineti Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etməlidir. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Вернуться назад |